Dünya

Dünya əhalisi buna həsrət qalacaq

14 İyul 2023 16:21
Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya sakinlərini içki hazırlamaq üçün lazım olan portağal şirəsi konsentratının qıtlığı və bahalaşması gözləyir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, dünyanın ən böyük portağal tədarükçüsü olan Braziliyada məhsulun az olması ilə bağlıdır.

Digər mühüm qlobal təchizatçılar da oxşar problemlərlə üzləşiblər.

Məsələn, ABŞ-də qasırğalar və sitrus bağçılığı ilə bağlı bitki xəstəliklərinin yayılması məhsuldarlığın kəskin azalmasına səbəb olub. Əlverişsiz hava şəraiti qonşu Meksikada və İspaniyada da böhrana səbəb olub.

Xatırladaq ki, son bir il ərzində 453 qram dondurulmuş portağal şirəsi konsentratının qiyməti 30%-dən çox artaraq 2,02 dollardan 2,73 dollara qalxıb. Eyni zamanda, may ayının sonunda maksimum qiymət demək olar ki, 2,94 dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, keçən ilin əvvəlində eyni həcmdə konsentrat cəmi 1,42 dollara başa gəlirdi.

Gələn il Braziliya və ABŞ-də aşağı məhsuldarlıq davam edərsə, bu, qlobal sitrus bazarında böhranı daha da gücləndirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.