Dünya

Millət vəkili İran hökumətini yalançılıqda ittiham etdi

14 İyul 2023 07:14
Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərindən İran parlamentində olan millət vəkili Qulamrza Nuri Qızılca hökuməti yalançılıqda günahlandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, "Ruydad 24" saytına müsahibəsində hökuməti xalqa yalan məlumat ötürməkdə günahlandırıb.

"Hökumət və məsullar davamlı olaraq inflyasiyanın 40% səviyyəsində olduğu və onun nəzarətə alındığı barədə iddialar səsləndirir, rəqəmlər verirlər. Ancaq bütün bunlar hökumət məsullarının təxəyyülünün məhsuludur. Real inflyasiya səviyyəsi 120%-dir", - Nuri Qızılca bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.