Dünya

Şimali Koreya ABŞ-a xəbərdarlıq edib

10 İyul 2023 09:10
Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ kəşfiyyat təyyarəsi Şimali Koreyanın hava məkanını pozarsa vurulacaq.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə KXDR müdafiə departamentinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi Şərq dənizinin üzərində məhv edilə bilər. Vurğulanıb ki, iyulun əvvəlində Amerikanın iki kəşfiyyat təyyarələri, həmçinin "RQ-4 Global Hawk" strateji pilotsuz uçan aparatı Koreya yarımadası üzərində uçuşlar həyata keçirib.

Belə ki, iyulun 2-dən iyulun 9-dək olan müddətdə ABŞ təyyarəsi tərəfindən KXDR-in hava məkanının pozulması ilə bağlı bir neçə hal qeydə alınıb.

"Hazırda maksimum səbir və dözüm nümayiş etdiririk, lakin hər şeyin öz həddi var. ABŞ-ın bütün təxribatçı hərəkətləri dərhal dayandırılmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.