2-ci Ordu Korpusunun komandir müavini Aptı Alaudinovun komandanlığı altında "Əhməd" xüsusi təyinatlıları Baxmut istiqamətinə köçürülüb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.
"Bu, Baş Qərargahın etibarından və bölmənin yüksək döyüş qabiliyyətindən xəbər verir", - Kadırov yazıb.
O, Alaudinovun Kleşşeyevka kəndindən qayıtdığını əks etdirən videonu da yayıb.
Qeyd edək ki, Kadırov 3 iyuldan məzuniyyətə getdiyini 8 iyulda elan etmişdi.
Milli.Az