Dünya

Zelenski 18 şirkətə sanksiya tətbiq etdi

6 İyul 2023 08:15
Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasına Ukraynaya qarşı müharibə aparmağa kömək edən 18 şirkətə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Zelenski Telegramda məlumat verib.

"Dövlətimizin yeni sanksiya addımı. Terrorçu dövlətin potensialı ilə əlaqəli olan 18 quruma qarşı məhdudiyyətlər tətbiq edilir. Mən bu gün müvafiq sərəncam imzaladım", - deyə prezident bildirib.

Sanksiyaya məruz qalan şirkətlərin siyahısına aşağıdakılar daxildir: ABH Holdings SA, ABH Ukraine Limited, AlfaStrakhovanie Holdings Limited və s.

Bu şirkətlərin bəziləri Britaniyanın Virgin adaları və Kiprdə qeydiyyatdan keçib.

Sanksiyalar 10 il müddətinə tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.