Dünya

BMT-dən dünya ilə bağlı qorxulu xəbərdarlıq

5 İyul 2023 18:46
Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (WMO) El-Ninyo iqlim fenomeninin başlaması ilə bağlı xəbərdarlıq edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bütün bunların fonunda dünyanı həddindən artıq istilər və təbii fəlakətlər təhlükəsi gözləyir.

Məlumata görə, El-Ninyo Sakit okeanın ekvatorial sularının temperaturunda təbii dalğalanmalarla xarakterizə olunur ki, bu da bütün dünyada hava şəraitinə təsir göstərir.

Təşkilata görə, 90% ehtimalla fenomen orta gücüylə 2023-cü ilin sonuna qədər davam edəcək. El-Ninyonun daha güclü olma ehtimalı 56 faizdir.

Mütəxəssislər qeyd edirlər ki, El-Ninyonun başlaması temperatur rekordlarının qırılma ehtimalını xeyli artıracaq. Bununla əlaqədar ABŞ-nin cənubu, Cənubi Amerika, Mərkəzi Asiya və Cənubi Amerika ölkələri, eləcə də Afrikanın şimal-şərqində daşqınlar gözlənilir. Eyni zamanda Avstraliya, İndoneziya, Cənubi Asiya və Mərkəzi Amerika kəskin istilərə hazırlaşmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.