Dünya

Rusiya Zaporojye AES-ə zərbələr endirəcək - Ukrayna kəşfiyyatı xəritə yaydı

5 İyul 2023 09:00
Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna kəşfiyyatı Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında (AES) terror aktı hazırladığını iddia edib. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, kəşfiyyat bununla bağlı xəritə də paylaşıb. Xəritədə Zaporojye AES-in vurulması nəticəsində radiasiyanın yayılacağı ölkələr göstərilir. 

Ukrayna prezidenti Vladimir Zelenski də bununla bağlı xəbərdarlıq edib. O, bildirib ki, ruslar Zaporojye AES-in bir neçə enerji blokunun damında partlayıcı maddələrə oxşar əşyalar yerləşdiriblər.

"The Times" qəzeti isə yazır ki, Putin sarsılmış mövqelərini gücləndirmək üçün yəqin ki, Zaporojye AES-in partladılmasını əmr edə bilər. Hərbçilərin və şəxsi heyətin son günlər stansiyadan tədricən çıxarılması bu şübhələrin reallığından xəbər verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.