Dünya

Bu ilin 3 iyulu bütün zamanların ən isti günü olub

5 İyul 2023 08:00
Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin iyul ayının 3-də dünya bütün zamanların ən isti gününü yaşayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ABŞ meteorologiya xidmətinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Mərkəzi (NCEP) məlumat yayıb.

Qlobal orta temperaturun 17,01 dərəcə olaraq ölçüldüyü iyulun 3-ü dünyada bütün zamanların ən isti günü kimi qeydə alınıb.

Məlumatına görə, qeydə alınan rekord temperatur 2016-cı ilin avqustunda ölçülən 16,9 dərəcəni keçib.

Bildirilib ki, ABŞ son həftələrdə isti dalğasının təsiri altında olsa da, Çin 35 dərəcəni keçən temperaturla mübarizə aparır.

Hindistanda isə həddindən artıq istilər 150-dən çox insanın ölümünə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.