İranda ərzaq qıtlığı yaşanır.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Zahidan şəhərində mağazaların qarşısı çörək növbəsi gözləyənlərlə aşıb-daşır. Bu görüntülər Zahidan şəhərində bir mağazanın qarşısında çəkilib. Gördüyünüz kimi, qızmar günəşin altında insanlar çörək növbələrində gözləyirlər.
Qeyd edək ki, bundan əvvəl də İran dükanlarının qarşısında bitki yağı, toyuq növbələri gözləyən insanların əks olunduğu videolar yayılmışdı.
Milli.Az