Dünya

Avstraliya dünyada ilk dəfə ekstazidən istifadəyə icazə verdi

3 İyul 2023 17:22
Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya dünyada ilk dəfə olaraq travma sonrası stress pozğunluğu və depressiyanın müalicəsində psixoaktiv maddələrin istifadəsini qanuniləşdirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə bazar günü Avstraliyanın Terapevtik Məhsullar İdarəsi məlumat verib.

Tənzimləyicinin bəyanatında qeyd edilir ki, lisenziyalı psixiatrlar 1 iyul 2023-cü il tarixindən etibarən müəyyən psixi sağlamlıq vəziyyətləri üçün tərkibində metilendioksi metamfetamin və ya psilosibin olan dərmanlar təyin edə bilərlər ki, belələri sırasına ekstazi də daxildir.

Eyni zamanda, qeyd edilir ki, xəstələr psixoaktiv maddələr əsasında hazırlanmış dərmanlardan yalnız həkim nəzarəti altında istifadə edə bilərlər və dərman vasitələrinin özləri də "ciddi nəzarət altında və yalnız tibbi məqsədlər üçün istifadə olunan dərmanlar" kateqoriyasına aid ediləcək. Əgər onlar qeyri-qanuni paylansa, "qanunsuz narkotik" hesab olunacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.