Hərbi ekspert Allan Orr bildirib ki, Qərbdə praktiki olaraq "Stinger" daşınan zenit raket sistemləri tükənib.
Milli.Az report-a istinadən xəbər verir ki, ekspert bu barədə "Newsweek" nəşrinə bildirib.
"Stinger bitmək üzrədir, Rusiya bunu indi bilir"- , o bildirib.
Allan Orr qeyd edib ki, bu, Ukraynanın əks-hücumunu çətinləşdirir, çünki hava müdafiəsi olmayan Ukrayna qoşunları Rusiya minalarından və artilleriyasından keçə bilmir.
"Bu silah olmadan Ukrayna hərbçiləri Rusiyanın hücum helikopterləri üçün asan hədəfə çevrilirlər".
Milli.Az