Ukraynanı NATO-ya qəbul etməkdən imtina Avropa üçün intihar olardı.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun sözlərinə görə, Ukrayna alyansa üzv olmasa, hərbi münaqişə variantı həmişə mümkün qalacaq:
"Rusiyanın Avropaya və bütövlükdə Avroatlantik məkana təcavüzü üçün qapını bağlamağın yeganə yolu Ukraynanı NATO-ya qəbul etməkdir. Bundan sonra Rusiya bu təcrübəni bir daha təkrarlamağa cəsarət etməyəcək".
Milli.Az