Dünya

Torpaq sürüşdü: qatarların hərəkəti dayandı - FOTO

1 İyul 2023 22:06
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 1-də Tbilisidən Batumiyə, eləcə də ölkənin 4 regionuna və əks istiqamətə gedən qatarların hərəkəti dayanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşmələri səbəb olub.

"Gürcüstan Dəmir Yolları" İdarəsindən bildirilib ki, Batumidən İrəvana gedən qatarın da hərəkəti dayanıb. Əsas problem Marelisi və Xaraquli dəmir yolu stansiyaları ərazilərində qeydə alınıb. Güclü leysan yağışları dəmir yolu boyunca elektrik xətlərini də sıradan çıxarıb.

Dəmir yolunda hərəkətin nə zaman bərpa olunacağı məlum deyil.

Hazırda qatarlardakı sərnişinlərin avtobus və digər nəqliyyat vasitələri ilə mənzil başına çatdırılması istiqamətində iş aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.