Dünya

“Titanik”də yazılan məktub 12 min dollara satıldı

1 İyul 2023 17:22
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Titanik" gəmisində olan sərnişinlərdən birinin yazdığı məktub Uruqvayda keçirilən hərrac zamanı 12 min dollara satılıb.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə məlumatı "EFE" agentliyi yayıb.

1912-ci il 11 aprel tarixli bu məktubu uruqvaylı Ramon Artaqaveytiya Qomes öz qardaşına yazıb. Məktub "Titanik" gəmisinin Atlantik okeanına yola düşməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərilib.

Məktubu alan şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki, "Titanik" gəmisi 1912-ci ilin aprelin 14-dən 15-nə keçən gecə batıb. Hadisə nəticəsində gəmidə olan 2224 nəfərdən 1513-ü həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.