Dünya

Boşanmış ailənin övladı canlı yayımda gizlincə “Kömək edin!” siqnalı verdi: Daha bir uşaq təhlükədədir?

2 İyul 2023 03:03
Baxış: 2 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Birinci kanal"ında "Kişi və Qadın" proqramı çərçivəsində reportaj yayımlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, reportajda Moskvada yaşayan boşanmış cütlükdən bəhs edilib. Bildirilib ki, keçmiş ər və arvad dörd yaşlı uşaqlarının kimdə qalacağı ilə bağlı mübarizə aparırlar.

Reportajın çəkilişi zamanı ailənin böyük qızı gizlincə "Kömək edin!" siqnalını göstərib. Belə ki, qızcığaz əlini qaldırıb, baş barmağını ovucuna sıxıb, sonra isə onu bir neçə dəfə büküb. Bu isə bütün dünyada köməyə çağırış kimi bilinən, həmçinin məişət zorakılığının olduğuna işarə edən  beynəlxalq siqnaldır.

Məsələ ilə bağlı hələki dəqiq məlumat yoxdur. Çünki gizlincə əl hərəkəti ilə kömək istəyən qız müsahibə zamanı anasına olan sevgisindən danışıb və gülümsəyib.

Qeyd edək ki, bu əl hərəkəti tamaşaçıların da diqqətindən yayınmayıb və redaksiyaya suallar yağmağa başlayıb. İzləyicilərin hiddətli və sərt reaksiyasından sonra redaksiyanın çəkiliş qrupu İstintaq Komitəsinə ərizə ilə müraciət edib.
İstintaq Komitəsi ərizəni qəbul edib və məsələ ilə bağlı araşdırma başlanılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.