Dünya

Rusiya Ukrayna ilə bağlı gizli görüşün məzmunundan xəbər tutub

30 İyun 2023 20:00
Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasına dost ölkələrin üzvləri iyunun 24-də keçirilən gizli görüşün təfərrüatlarını Moskvaya danışıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Rusiyaya dost ölkələrin üzvləri Moskva nümayəndələrinə iyunun 24-də Kopenhagendə Ukrayna üzrə keçirilən görüşün təfərrüatlarını açıqlayıblar.

"Bizimlə dostluq münasibətləri saxlayan ölkələrin bir çox nümayəndələri Kopenhagen görüşündən sonra səfirlərimizi məlumatlandırıblar", - mənbə bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın müttəfiqləri Rusiya Federasiyasına yaxın olan ölkələri "bişirməyə" çalışıblar. Agentliyin mənbəsi belə dövlətlərin BRİKS üzvlərinin olduğunu izah edib.

Bundan əvvəl ARD telekanalı məlumat vermişdi ki, iyunun 24-də Kopenhagendə Qərb ölkələri, eləcə də Cənubi Afrika, Braziliya, Çin və Hindistan diplomatlarının iştirakı ilə Ukrayna ilə bağlı məxfi toplantı keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.