Polşalı məşhur teatr və kino aktyoru Yakub Uleviç vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə onun çalışdığı teatr məlumat yayıb.
56 yaşlı sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Yakub Uleviç "Karamazov qardaşları" "Con L-in ölümü", "Arbat uşaqları", "Ekstradisiya", "İlk məhəbbət", "Zabit", "Zoluşka", "Dostlar", "Sarışın" kimi məşhur film və seriallarda rol alıb.
Milli.Az