Məşhur aktyor öldü

30 İyun 2023 12:16

Polşalı məşhur teatr və kino aktyoru Yakub Uleviç vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə onun çalışdığı teatr məlumat yayıb.

56 yaşlı sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Yakub Uleviç "Karamazov qardaşları" "Con L-in ölümü", "Arbat uşaqları", "Ekstradisiya", "İlk məhəbbət", "Zabit", "Zoluşka", "Dostlar", "Sarışın" kimi məşhur film və seriallarda rol alıb.

Milli.Az