Dünya

Avropa İttifaqının 27 ölkəsi Rusiyaya təzyiqləri daha da artıracaq

30 İyun 2023 08:53
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri Rusiyaya təzyiqləri daha da artırmaq üçün tədbirləri müzakirə ediblər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Aİ sammitinin bəyanatında deyilir.

Qeyd olunub ki, Avropa Şurası Rusiyanın təcavüzkar müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün ona qarşı təzyiqləri daha da artırmaq səylərini, o cümlədən sanksiyaların tətbiqi, onların tam, effektiv şəkildə həyata keçirilməsi və sanksiyalardan yayınmaların qarşısını almaq səylərini müzakirə edib.

"Bu kontekstdə Aİ liderləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qəbulunu alqışlayırlar. Avropa Şurası qanunvericiləri Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin pozulmasına görə cəzaların və cərimələrin tətbiqi üzrə təklif olunan direktivi mümkün qədər tez yekunlaşdırmağa çağırır", - Aİ-nin bəyanatında vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.