Dünya

AK Ermənistana 6,5 milyon avro qrant ayırır

29 İyun 2023 15:29
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan və Avropa Komissiyası "Ermənistanın kəndlərində davamlı enerji, enerji təhlükəsizliyi və iqlimə davamlılıq" haqda texniki yardım sazişi çərçivəsində 6,5 milyon avroluq qrant imzalayacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul edilib.

Yaxın vaxtlarda sənədin ratifikasiya üçün ölkə parlamentinə təqdim olunacağı bildirilir. Məlumata görə, Ermənistan hökuməti "Avropa Yaşıl Sövdələşməsi"nə uyğun olaraq 2030-cu ilə qədər günəş enerjisi istehsalının ümumi həcmdə payını 15%-ə çatdırmağı planlaşdırır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.