Dünya

Ukrayna PUA-sı Bryanskda hərbi zavoda hücum etdi

23 İyun 2023 08:02
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri Bryanskın Suzemka kəndində böyük müdafiə zavoduna hücum edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Maş" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hədəf müəssisəni enerji ilə təmin edən elektrik yarımstansiyası olub.

"Bu gün onun üzərində təyyarə tipli PUA aşkarlanıb. Yaxınlaşan zaman pilotsuz təyyarə hava hücumundan müdafiə sistemi ilə vurulub, təyyarənin qalıqları açıq sahəyə düşüb.

İlkin məlumata görə, tələfat və dağıntı olmayıb. Yerli əhalinin sözlərinə görə, həftədə bir neçə dəfə davamlı olaraq Ukrayna Silahlı Qüvvələri zavoda hücum edir", - məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.