Dünya

Bu, ikinci ssenaridir: Rusiya dünyanı şantaj edir

21 İyun 2023 13:56
Baxış: 1 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı gərginliyi artırır.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko ABŞ Prezidenti Co Baydenin Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"ABŞ Prezidenti Co Bayden bu barədə danışırsa, bu, məhz Rusiya nüvə silahlarının Belarusa ötürülməsi və Zaporojye AES ilə bağlı risklərin artması ilə bağlıdır. Rusiya dəhşətli cinayət törətdikdən və Kaxovka SES-i partlatdıqdan sonra aydındır ki, onlar hazırda ikinci ssenariyə - nüvə silahı şantajına yenidən başlayacaqlar", - ekspert vurğulayıb.

Onun fikrincə, rusların belə addımlar ata biləcəyinə hazır olmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.