Zaporojye vilayətinin zəbt olunmuş ərazisindəki yaşayış məntəqələrində rus əsgərləri əlavə nəzarət-buraxılış və filtrasiya məntəqələri qurublar.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
"Düşmən tərəfindən işğal olunmuş Ukraynanın cənubunu tərk edən bütün mülki şəxslər Donetsk vilayətinin Manquş və Novoazovsk şəhərlərində yerləşən filtrasiya məntəqələrindən keçməyə məcbur olurlar. Filtrasiya tədbirləri zamanı vətəndaşların əşyaları və sənədləri diqqətlə yoxlanılır, bundan əlavə, barmaq izləri götürülür", - Baş Qərargahın məlumatında qeyd olunub.
Milli.Az