Dünya

Yəməndən Səudiyyə Ərəbistanına son 7 ildə ilk aviareys uçub

18 İyun 2023 19:39
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yemenia Airways" 2016-cı ildən bəri ilk dəfə Yəmənin husilərin nəzarətində olan paytaxtından Səudiyyə Ərəbistanına kommersiya uçuşu həyata keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, göyərtəsində 277 sərnişin olan təyyarə şənbə günü axşam Sənadan havaya qalxıb. Söhbət Məkkəyə ənənəvi Həcc ziyarətinə yollanmaq niyyətində olan zəvvarlardan gedir.

Uçuş Yəməndə şiələr və sünnilər arasında uzun illər davam edən qarşıdurmadan sonra gərginliyin azaldılmasının əlamətlərindən biri kimi qiymətləndirilib.

Husilərin sözçüsü (əmək naziri) Qalib Mutlak həcc ziyarətinə getmək istəyən 24 min nəfəri göndərmək üçün təxminən 200 uçuş tələb olunacağını söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmən üzərində uçuşa qadağa zonası yaradıldıqdan sonra Səna hava limanı mülki təyyarələrə xidmət göstərməyi dayandırıb. O, bəzən evakuasiya uçuşları təşkil etmək, humanitar təyyarələrə xidmət göstərmək üçün istifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.