Dünya

Çimərlikdə qorxulu anlar

15 İyun 2023 15:08
Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Maharaştra ştatında sahil zonasını vuran "Biparca" siklon qasırğası çimərlikdə olan insanlara dəhşət yaşadıb. Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb. Kadrlarda sahili vuran dalğanın onlarla insanı özü ilə aparması əks olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, dalğa sahildəki dükanlara kimi gəlib. Nəticədə texnika mağazasında bir neçə nəfəri elektrik cərəyanı vurub.

Hindistan Meteorologiya Xidməti küləyin sürətinin saniyədə 41 metrə çatacağı ilə bağlı xəbərdarlıq edib.

Bildirilir ki, siklon cümə axşamı Qucarata çatacaq. Bununla əlaqədar ştatın sahillərindən 8000-dən çox insan təxliyə edilib. 

Qucarat sahillərindəki limanlar, o cümlədən ölkənin ən böyük konteyner limanı qasırğa səbəbindən öz işini dayandırıb. Proqnozlara görə, təbii fəlakət iyunun 15-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.