Dünya

Nüvə silahlarının sayı durmadan artır - Hesabat

12 İyun 2023 12:49
Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nüvə gücləri geosiyasi gərginlik fonunda öz arsenallarını genişləndirir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, qeyri-rəsmi nüvə klubunun üzvləri (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail) birlikdə 12 512 nüvə silahına sahibdir. Onlardan iki minə yaxını (əsasən Rusiya və ABŞ) daimi döyüş hazırlığındadır.

Hazırda 1770 döyüş başlığı olan ABŞ nüvə silahı yerləşdirən ölkələr arasında lider olmaqda davam edir. İkinci yerdə 1674 döyüş başlığı ilə Rusiya, üçüncü və dördüncü yerdə Fransa (280 döyüş başlığı) və Böyük Britaniya (120 döyüş başlığı) qərarlaşıb.

Çində isə əhəmiyyətli artım mövcuddur. Belə ki, 2022-ci ildəki arsenal 350-dən 410 döyüş başlığına qədər artıb. Oxşar vəziyyət Böyük Britaniya, Pakistan və Hindistanda da müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.