Dünya

Priqojin Rusiya prezidentliyinə iddia etdi

29 May 2023 12:13
Baxış: 1 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vaqner"in rəhbəri Yevgeni Priqojin rusların prezident seçkisində səs verə biləcəyi siyasətçilərin reytinqinin dərcini şərh edib. Həmin məlumatda özünün də adı qeyd olunub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, siyasi ambisiyalarının olmadığına işarə edib.

"Qətiyyən narahat olmayın, rahatlayın və gəlin, sadəcə işləyək, yaradaq. Biz güclü ordu yaratmalıyıq, hərbi əməliyyatın məqsədlərinə nail olmalıyıq, döyüş sursatı istehsalını qurmalıyıq", - Priqojin bildirib.

O əlavə edib ki, ölkəni güclü edəcək, daha çox iş görülməlidir:

"Ölkə bütün dünyaya şərtlər diktə edə biləcək bir dövlətə çevrilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.