Dünya

Bu şəhərdə antiterror rejimi elan olundu

22 May 2023 20:42
Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Belqorod vilayətində bu gündən antiterror rejimi elan olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov Ukrayna diversiya-kəşfiyyat qrupunun sərhədyanı Qrayvoronsk dairəsinə daxil olması ilə əlaqədar antiterror rejimi elan edib.

Hazırda üç yerli sakinin yaralandığı məlumdur. Bundan başqa, Belqorod vilayət administrasiyasının binasına, bir neçə evə mərmi zərbəsi dəyib.

Yerli mətbuat Kozinka və Qlotovo yaşayış məntəqələrində atışma getməsi barədə xəbərlər yayır. Bu yaşayış məntəqələrində işıq və su kəsilib, sakinlər zirzəmilərdə gizlənib. İntensiv atışma səbəbindən dinc əhalini təxliyə etmək mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.