Dünya

Hindistanda “qurd yağışı” - VİDEO

19 May 2023 16:10
Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda qeyri-adi "qurd yağışı" yağıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, bu, onlara İncil vəbasını xatırladıb.

Hadisə Şərqi Hindistanın Nepalla həmsərhəd ştatında yaşanıb. Baş verənlərdən qorxan yerli sakinlər pəncərə və qapıları bağlayaraq evlərində gizləniblər.

İndi mütəxəssislər belə bir təbiət hadisəsinə nəyin səbəb olduğunu müəyyənləşdirməyə çalışırlar.

Yerli media hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib. Lakin yerə düşən böyük həşərat sürüsü səbəbindən insanlar uzun müddət evlərini tərk edə və çölə çıxa bilməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.