Dünya

Ermənistan Təhlükəsizlik Şurası KTMT-dən çıxmağı müzakirə edib

16 May 2023 13:12
Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq imkanlarını müzakirə edib, lakin indi İrəvanın gündəliyində belə bir məsələ yoxdur.

Milli.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə bildirib.

O, bu ehtimalın 2022-ci ilin sentyabrında Azərbaycanla şərti sərhəddə baş verən toqquşmalardan sonra Təhlükəsizlik Şurasının iclasında qaldırıldığını deyib.

"Amma bu addımı atmamaq və İrəvanda keçiriləcək sammit ərəfəsində blokla işi davam etdirmək qərara alınıb", - Mnatsakan Safaryan qeyd edib.

O, yaxın vaxtlarda KTMT-nin Cənubi Qafqazdakı vəziyyətlə bağlı verdiyi bəyanatın müzakirə olunacağını vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.