Dünya

Zəlzələdə evi dağılan qoca qadını sürüyüb 1 milyonluq qızılını oğurladı - VİDEO

13 May 2023 02:02
Baxış: 2 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə zəlzələdən zərər görən yaşlı qadına qarşı soyğunçuluq edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında Elazığ şəhərinin mərkəzi Kültür məhəlləsində, Kirazlı küçəsində baş verib. Cinayətkar zəlzələdən sağ çıxan 70 yaşlı qadını yerdə sürüyərək çantasını oğurlayıb. Ombası qırılan qadın müalicə olunarkən çantada 1 milyon lirə (təxminən 86 min 600 manat) dəyərində qızıl olduğu bildirilib.

Məlumata görə, zəlzələdən sağ çıxan 70 yaşlı qadın yaşadığı qohumlarının qaldığı mənzilə daxil olarkən qaçırılıb. Müqavimtə göstərən və yerdə sürünən qadın çantasını xilas edə bilməyib. Yaşlı qadının ombası sındığı halda səsi eşidən qardaşı oğlu və məhəllə sakinləri qaçan oğrunu təqib etsələr də, yaxalaya bilməyiblər. 

Hadisə yerinə polis və tibb qrupları cəlb edilib. Şübhəlinin müəyyən edilərək tutulması üçün iş tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.