Dünya

Ərdoğan: “Mayın 14-də bəziləri təqaüdə yollanacaq”

7 May 2023 20:08
Baxış: 1 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mayın 14-də bəzilərini təqaüdə yollayacağıq. Onların kim olduğunu bilərsiniz".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə bildirib.

"İstanbul "Hə" deyərsə, bu iş bitər. İstanbul "Bəzilərini təqaüdə yollayacağıq" desə, bu iş bitər", - dövlət başçısı bildirib.

Mitinq boyu seçkilərdəki əsas rəqibi Kamal Kılıçdaroğlunu tənqid edən Rəcəb Tayyib Ərdoğan onu terror təşkilatları ilə əlbir olmaqda suçlayıb: "Bu terror təşkilatları ilə bərabər gəzən, dolaşan Kılıçdaroğluna vətəni böldürməyəcəyik".

Eyni zamanda, 2019-cu ildə İstanbulun meri seçilən Ekrem İmamoğlundan bəhs edən Türkiyə Prezidenti ona 2024-cü ildə baş tutacaq növbəti bələdiyyə seçkilərində "lazımi dərsin verilməsinə" işarə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.