Dünya

Şoyqu Ukraynanın aprel ayındakı itkilərini açıqladı

2 May 2023 22:00
Baxış: 1 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya bu ilin aprelində Ukrayna ordusunun 15 mindən çox itki verdiyini açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama yayıb:

"Qərb ölkələrinin görünməmiş hərbi yardımına baxmayaraq, düşmən əhəmiyyətli itkilər verir. Təkcə son bir ay ərzində onlar 15 mindən çox insan itiriblər".

Rusiya müdafiə naziri həmçinin bildirib ki, xüsusi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin səkkiz təyyarə, 277 pilotsuz uçuş aparatı, 430 tank və digər zirehli döyüş maşını, reaktiv yaylım atəşi sistemlərinin 18 döyüş maşını, 225 səhra artilleriya silahı və minaatanları məhv edilib.

"Biz Qərbin Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün verdiyi silahları məhv etməyə davam edirik", - Şoyqu əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory