Dünya

Podolyak: Rusiya vətəndaşlığı almağa məcbursunuzsa...

2 May 2023 16:12
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğal olunmuş ərazilərin təzyiq altında Rusiya vətəndaşlığını almış sakinləri qanunla təqib olunmayacaqlar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixayl Podolyak bildirib.

"Rusiya pasportunu almamağa çalışın. Əgər repressiyalardan, işgəncələrdən qaçmaq üçün Rusiya pasportu götürməlisinizsə, götürün. Prinsipial vətəndaş mövqeyi ən yüksək tərifə layiqdir. Amma Ukrayna məhbuslarının və ya işgəncəyə məruz qalan vətəndaşların sayının artması heç kimə fayda verməyəcək", - o vurğulayıb.

Podolyakın sözlərinə görə, Ukrayna passiv şəkildə belə vətəndaşlıq almış vətəndaşları mühakimə etməyəcək.

Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin ələ keçirilmiş Ukrayna torpaqlarındakı vətəndaşlara Rusiya pasportunun verilməsi ilə bağlı fərman imzalayıb.

Ukrayna Ombudsmanı isə Rusiyanın nəzarətində olan ərazilərdəki ukraynalıların yaşamaq üçün bu ölkənin vətəndaşlığını qəbul etməsini tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.