Dünya

Ukraynanın bərpasına nə qədər pul lazımdır?

2 May 2023 08:59
Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna Avropa İttifaqı və Dünya Bankı ilə birlikdə yaxın onilliklərdə ölkənin bərpası üçün 400 milyard dollardan çox vəsait lazım olacağını hesablayıb".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Almaniyanın Ukraynadakı səfiri Anka Feldhuzen deyib.

Onun sözlərinə görə, Ukraynanın bərpası artıq başlayıb və bunun üçün beynəlxalq dəstək çərçivəsində xeyli vəsait tələb olunacaq.

O, əlavə edib ki, bu vəsaiti ayıran ölkələrin parlamentarilərinin etimadını qorumaq üçün Ukrayna korrupsiyanın qarşısının alınması və onunla mübarizə, qanunun aliliyi və yaxşı idarəçilik nümunəsi olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.