Dünya

Rusiya yaxın vaxtda Belarusdan hücuma keçəcək?

26 Aprel 2023 23:30
Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kremlin uzunmüddətli planları, mövcud məlumata görə, dəyişməz olaraq qalır - Ukrayna rəhbərliyini güc yolu ilə danışıqlara razı salmaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya bunun üçün tezliklə Donetsk vilayətinin mühüm mərkəzlərindən Müdafiə Qüvvələrini sıxışdırıb çıxarmaq üçün öz səylərini hücum əməliyyatları keçirməyə yönəldəcəklər. Beləliklə, düşmənin əsas məqsədi Baxmut olaraq qalır, yəni bu şəhərə tam nəzarət etməkdir və düşmən bölgənin digər şəhərlərini - Avdeyevka və Maryinkanı da tutmağa çalışacaq:

"Eyni zamanda, düşmənin yaxın vaxtlarda Belarus istiqamətindən hücum hərəkətləri həyata keçirməsi çox çətin görünür. Bununla belə, təcavüzkar Ukraynanın mülki və hərbi infrastrukturunu kütləvi raket zərbələri ilə təhdid etməkdə davam edəcək. Beləliklə, Rusiya genişmiqyaslı silahlı təcavüzü davam etdirir və ən son məlumatlara əsaslanaraq, Ukraynanı müstəqil dövlət kimi məhv etmək planlarından əl çəkmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.