Dünya

“Twitter”də mavi işarə sahiblərini təhqir edən abunəçilərə həmin işarədən verildi

25 Aprel 2023 06:24
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ödənişli "Twitter Blue" abunəliyinə qarşı çıxan bir neçə məşhur "Twitter" istifadəçisinə analoji abunə ödənişsiz olaraq verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mavi işarə alanlar arasında #BlockTheBlue heşteqi ilə "Twitter Blue"ya qarşı çıxan istifadəçilər də var.

Xüsusilə "Twitter Blue" abunəçilərini "ağılsız əclaflar" adlandıran @dril, eləcə də @MattBinder və @hasanthehun mavi işarəni pulsuz alanlar sırasındadırlar. Onlar oxucuları abunə haqqını ödəyən və mavi işarə alanları bloklamağa çağırırdılar.

İndi aktivistlərin özləri "Twitter Blue" abunəçisi olublar. İstifadəçilərin əmin etdiyi kimi, onlar bu xidmət üçün pul ödəməyiblər və bunun necə baş verdiyini bilmirlər.

"Twitter" və İlon Mask hələ də "Twitter Blue" tərəfindən bağışlanan abunəliklərə münasibət bildirməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.