Dünya

İŞİD qruplaşmalarından birinin lideri olan Gürcüstan vətəndaşı saxlanılıb

22 Aprel 2023 14:40
Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının qruplaşmalarından birinin lideri, Gürcüstan vətəndaşı Malxaz Paksaşvili saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan DTX yayıb. Bildirilib ki, Terrorla Mübarizə Mərkəzinin ölkənin Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində sözügedən şəxsin 2013-cü ildə Gürcüstanı tərk edərək Suriyaya getməsi və İŞİD terror təşkilatının 2013-2015-ci illərdə həyata keçirdiyi hücumlarda və hərbi əməliyyatlarda fəal iştirak etdiyi müəyyən edilib.

Saxlanılan şəxsin terror təşkilatının hərbi komandirləri və qruplaşma liderləri ilə yaxın əlaqələrə malik olduğu və təşkilat daxilində vəzifə tutduğu açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.