Dünya

Ukrayna SQ: Rusiya İrandan kamikadze-dronların yeni partiyasını alıb

20 Aprel 2023 14:44
Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələri İrandan yeni partiya "Shaheed" dronları alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin "Cənub" Birləşmiş Komandanlığının sözçüsü Natalya Qumenyuk bildirib.

Qumenyukun dediyinə əsasən, bir gün əvvəl Odessaya hücum edən dron-kamikadzelər Rusiya ordusunun qəbul etdiyi yeni partiyaya aiddir, çünki onların üzərində yeni istehsal tarixləri aşkar edilib.

Həmçinin qeyd olunub ki, Rusiya ordusunun dronlardan istifadə etməkdə əsas məqsədi təkcə insanların psixoloji vəziyyətinə təsir göstərmək deyil, həm də hava hücumundan müdafiə (HHM) sistemləri və vacib infrastrukturun axtarışıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.