Dünya

ABŞ səfirliyinin avtomobilləri atəşə tutulub

18 Aprel 2023 09:50
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Sudandakı səfirliyinin avtomobilləri paytaxt Xartumda atəşə tutulub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Entoni Blinken Yaponiyada G7 ölkələrinin XİN rəhbərlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında açıqlayıb. 

Onun sözlərinə görə, hadisə aprelin 17-si baş verib. İnsident zamanı xəsarət alan olmayıb. 

Xatırladaq ki, Sudanda bir neçə gündür ordu və xüsusi təyinatlı qüvvələr arasında silahlı qarşıdurma davam edir. Qarşıdurma zamanı 100-ə yaxın dinc sakin həlak olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory