Qəribə qəza ABŞ-da baş verib.
Milli.Az avtosfer.az-a istinadla xəbər verir ki, Rolls-Royce sükanı arxasında olan pensiyaçı qadın idarəetməni itirərək qonşunun həyətinə girib. Avtomobil 3 milyonluq mərcan heykəli yıxıb, divarı aşıraraq çimərlik ərazisinə düşüb. Qəzada heç kim xəsarət almayıb.
Polisə ifadəsində 360 000 dollarlıq maşının sürücüsü heç nəyi xatırlamadığını bildirib.
Indi pensiyaçı qadın həm öz avtomobilini, həm də qonşunun heykəlini və divarını təmir etdirməlidir.
Milli.Az