Dünya

Kiyev planlarını dəyişib

10 Aprel 2023 08:17
Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın hərbi-siyasi komandanlığı Amerikanın məxfi sənədlərinin sızması ilə əlaqədar bəzi hərbi planlarında dəyişiklik edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN telekanalı Ukrayna prezidenti Vladimir Zelenskiyə yaxın mənbəyə istinadən məlumat verib.

Qeyd olunur ki, Pentaqonun son həftələrdə internetdə dərc olunan məxfi sənədləri narahatlıq doğurur.

Sənədlərin bəzilərində ABŞ-ın Cənubi Koreya, İsrail və Ukrayna da daxil olmaqla, əsas müttəfiqlərinin telefon dinləmələri mövcuddur.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, sızmanın təsirini qiymətləndirmək üçün "idarələrarası səylərə" başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.