Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub, indi sadəcə hüquqi prosedurlar icra edilir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Nikita Lipunov deyib.
"Dəyişən ən önəm məsələ ümumi müdafiə ilə bağlı olan 5-ci maddənin tətbiqidir. Finlandiyaya edilən hücum bütün ittifaqa olan hücum kimi qəbul ediləcək. Hüquqi sərhədlər müəyyən edilir. NATO ilə sərhədimiz iki dəfə artır.
Baltik dənizi demək olar NATO-nun daxili dənizinə çevrilir. İsveçlə bağlı proses davam edir, sadəcə zaman məsələsidir. Rusiya üçün Finlandiyanın ittifaqa üzvlüyü İsveçin üzvlüyündən daha önəmlidir. Çünki Finlandiya ilə həmsərhədik", - deyə ekspert bildirib.
Milli.Az