Dünya

Peterburqda partlayışda 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb - YENİLƏNİB

3 Aprel 2023 09:14
Baxış: 1 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

09:14

Sankt-Peterburqdakı kafedə baş verən partlayışda xəsarət alanların sayı 32 nəfərə çatıb, onlardan biri ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

--------

07:44

Sankt-Peterburqdakı kafedə baş verən partlayışda xəsarət alanların sayı 30 nəfərə çatıb, onlardan biri ölüb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında 2023-cü il aprelin 2-də saat 18.13-də Peterburq polisinə Universitetskaya sahili, ev 25 ünvanında yerləşən kafedə partlayışın baş verməsi barədə məlumatın daxil olduğu bildirilib.

Hadisə nəticəsində bir nəfər ölüb, onun hərbi müxbir Vladlen Tatarski olduğu açıqlanıb. Partlayış hərbi müxbir Vladlen Tatarskinin ad günü mərasimi zamanı baş verib. Partlayıcı qurğu kafeyə kənardan gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.