Dünya

Məşhur amerikalının qızına 35 illik həbs...

2 Aprel 2023 21:03
Baxış: 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Con Neqropontenin qızı Merilend ştatında evdə sərxoş halda mübahisə etdikdən sonra dostunu bıçaqlayaraq öldürdüyünə görə 35 il həbs cəzasına məhkum edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

"30 yaşlı Vaşinqton sakini Sofiya Neqroponte yanvar ayında 2020-ci ildə 24 yaşlı Yusif Rasmussenin ölümü ilə nəticələnən ikinci dərəcəli qətldə təqsirli bilinib",- məlumatda deyilir.

Məlumata görə, Sofiya 1980-ci illərdə ABŞ-ın Mərkəzi Amerika ölkəsinə səfiri təyin edildikdən sonra Con Neqropontenin həyat yoldaşı ilə birlikdə övladlığa götürdüyü beş kimsəsiz honduraslı uşaqdan biri idi.

Qeyd edilir ki, Neqroponte və Rasmussen Vaşinqtonda eyni orta məktəbdə təhsil alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.