Dünya

Dua edərkən gözlənilməz hadisə baş verdi - 25 nəfər “yoxa çıxdı” - VİDEO

31 Mart 2023 19:12
Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Madhya Pradeş ştatının İndor şəhərində xoşagəlməz hadisə baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, festival zamanı məbədin damının uçması nəticəsində azı 25 nəfər quyuya düşüb. Bildirilir ki, hadisə Ram Navami festivalı zamanı "Beleshwar Mahadev Jhulelal" məbədində köhnə böyük quyunun damının çökməsi nəticəsində baş verib. Festival zamanı çox sayda insanın köhnə quyunun damına çıxıb. Nəticədə dam ağırlığı daşıya bilməyərək çöküb. Nəticədə azı 25 nəfər quyuya düşüb.

Quyuya düşənlərdən 18-i xilas edilib. Suda qalan 7 nəfərin axtarışları davam edir. Hindistanın baş naziri Narendra Modi də hadisə ilə bağlı açıqlama verərək, kədərləndiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.