Dünya

Silahlı hücuma hazırlaşan 6 terrorçu saxlanıldı - VİDEO

28 Mart 2023 16:58
Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 6 terrorçu saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Türkiyənin Ağrı rayonunda silahlı hücuma hazırlaşan 6 terrorçu həbs edilib.

Əldə edilən məlumata görə, Türkiyə-İran sərhəd xəttində xidmət göstərən əsgər Ağrının Doğubayazıt rayonundakı Kanlıbaba Təpə məntəqəsində bir qrup qeyri-qanuni miqrant aşkar edib və yoxlamalar zamanı məftillərə bərkidilmiş bir bel çantası tapıb.

Təhlükəsizlik qüvvələri çantada PKK/KCK terror təşkilatı üzvünə məxsus 1 ədəd Kalaşnikov tüfəngi, 1 ədəd planşet, 2 ədəd kamuflyaj torları, 2 ədəd termal qoruyucu geyim, 1 ədəd termal silah durbin, 49 ədəd Kalaşnikov patronu və 9 ədəd tapança patronu aşkar edilib.

Terrorçuların qaldığı evdə aparılan axtarış zamanı 2 əl qumbarası, 1 tapança, 1 maqazin və 15 patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.