Dünya

ABŞ F16-lar ilə Suriyadakı İran hərbi bazalarını vurdu

25 Mart 2023 16:48
Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Hərbi Hava Qüvvələri F-16 qırıcıları ilə Suriyadakı İran hərbi bazalarına zərbələr endirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, İran istehsallı olan pilotsuz uçuş aparatlarının (PUA) Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumuna cavabdır.

Qeyd edək ki, martın 23-də ABŞ-ın Suriyanın şimal-şərqindəki bazası raket hücumuna məruz qalıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələri İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.

ABŞ Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, martın 23-də Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına PUA hücumu nəticəsində bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.