Dünya

Cütlük övladlarına ölüm tanrısının adını vermək istəyir

23 Mart 2023 09:28
Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransadan olan gənc evli cütlük oğullarına Aid adını vermək hüququ üçün yerli hakimiyyət orqanlarını məhkəməyə veriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2022-ci ilin sentyabrında Kristina Deqre və Rodriqo Velaskesin ilk övladı dünyaya gəlib, lakin onun hələ də doğum şəhadətnaməsi yoxdur. Belə ki, Fransa hakimiyyəti valideynlərin uşaq üçün seçdiyi adı qeydiyyatdan keçirmək istəmir.

Deqre və Velaskesin sözlərinə görə, doğum evinin işçiləri Aid adını gözəl hesab ediblər, heç kim buna qarşı olmayıb.

Fransa qanunlarına görə, dövlət uşağın adının gələcəkdə onun maraqlarına toxuna biləcəyini hesab edərsə, valideynlərdən bu adı dəyişdirməyi tələb etmək hüququna malikdir.

Aprelin 4-də yerli məhkəmə iş üzrə qərar çıxarmalıdır.

Qeyd edək ki, Aid yunan mifologiyasında yeraltı dünyanın və ölülərin tanrısının adıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.