Dünya

Əfqanıstanda güclü zəlzələ baş verib, qonşu ölkələrdə də hiss edilib

21 Mart 2023 21:14
Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstan 6,5 bal gücündə zəlzələ baş verib.

Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə hələ ki məlumat verilməyib.

Qeyd edilir ki, yeraltı təkanlar Özbəkistanda, Qazaxıstanda, Pakistanda, Türkmənistanda, Qırğızıstanda, Hindistanda və Çində də hiss edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.